Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan" yeni hibrid və elektrikli avtomobillər istehsal edəcək.
Hit.az xəbər verir ki, şirkət 2027-ci ilə qədər 16 hibrid və elektrikli avtomobil istehsal edəcəyini açıqlayıb.
Bununla da "Nissan"ın elektromobil bazarındakı payının artılması hədəflənir. Yeni "Nissan Epoch" "Tesla Model 3"ün gələcək rəqibi olaraq görülür. Elektrikli sedan idman dizaynına və süni intellektlə təchiz edilmiş multimedia sisteminə malikdir. Sözügedən avtomobil 2025-ci ildə satışa çıxarılacaq.
"Nissan Evo" adlı daha aqressiv dizayna malik sedan isə 2026-cı ildə satışda olacaq. "Nissan Epic" də "Qashqai"yə elektrikli avtomobil alternativi kimi istehsal olunacaq. Onun ön konsolda üç ekranı, həmçinin avtopilot və iki istiqamətli enerji doldurma funksiyası olacaq. Digər model isə "Nissan Era" adlanacaq. O da xüsusi dizaynı ilə diqqət çəkəcək.
"Nissan"ın yeni modellərinin fotolarını təqdim edirik:
Pərviz