Almaniya Ukraynaya MRAP tədarükünü niyə dayandırıb?

DÜNYA
20:37 / 22.04.2024
143

Almaniya Ukrayna Silahlı Qüvvələrinə gücləndirilmiş mina mühafizəsi ilə 400-ə qədər ağır təkərli zirehli MRAP (Mine Resistant Ambush Protected) texnikası tədarük etməyi vəd edib. Müvafiq müqavilə Ukrayna hökuməti və Almaniyanın müdafiə şirkəti "Flensburger Fahrzeugbau GmbH" (FFG) tərəfindən Almaniya büdcəsindən ümumi məbləği 315 milyon avro olan maliyyə vəsaiti ilə bağlanıb. 

HİT.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Almaniya Müdafiə Nazirliyindən "Bild"ə bildirilib ki, bütün maşınların bu il təhvil verilməsi planlaşdırılır.

Nəşr Müdafiə Nazirliyindən Ukrayna Silahlı Qüvvələri üçün MRAP-ların 2024-cü ilin yanvar-oktyabr ayları arasında 20-lik partiyalarla çatdırılmalı olduğunu bildirən 2023-cü ilin sentyabr tarixli sənəd əldə edib. Lakin hələlik heç bir çatdırılma başlanmayıb. 

"Bild"in məlumatına görə, bu il üçün plan əvvəlcə 200, sonra isə 100 avtomobilə endirilib. Tədarüklərin başlanması yanvardan may-iyun aylarına təxirə salınıb. Səbəb odur ki, FFG MRAP-lar üçün ehtiyat hissələrini ABŞ-dan alır və yalnız Almaniyada yığır. Şirkət ABŞ-dan Almaniyaya ixrac üçün lisenziya məhdudiyyətləri ilə yanaşı, minalardan mühafizə sertifikatı ilə bağlı problemlər yaşayıb.

Samir

 

0