Maduro ABŞ-ın Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırmasını əxlaqsızlıq adlandırdı

DÜNYA
10:23 / 23.04.2024
149

Dünyadakı aclıq və Amerikadakı miqrasiya problemini nəzərə alsaq, ABŞ Konqresinin Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması əxlaqsızlıqdır. 

HİT.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro özünün "Maduro ilə+" adlı televiziya proqramında bildirib.

Siyasətçi sual edib ki, Vaşinqton niyə Latın Amerikası və Karib hövzəsindən miqrasiya problemini birdəfəlik həll etmək və region ölkələrinin güclü inkişafını təmin etmək üçün təcili tədbir kimi 95 milyard dolların ayrılmasını təsdiq etmir.

"Çünki müharibə imperiyanın böyük işidir. ABŞ-ın 50 ştatı var, onlardan 21-i silah istehsal edir və bu 95 milyard nə Ukrayna xalqının xeyrinə, nə Fələstin xalqına qarşı soyqırımı dayandırmağa, nə də inkişafa xidmət edir", deyə Maduro bildirib.

Onun sözlərinə görə, bu pul ABŞ-ın Şimali Amerikadakı silah sənayesinə gedir və bu ölkənin gördüyü işlər əxlaqsızlıqdır.

Aprelin 20-də ABŞ Konqresinin aşağı palatası Ukraynaya yeni hərbi yardım paketinin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Söhbət Kiyevi dəstəkləmək üçün az qala 61 milyard dolların ayrılmasından gedir.

Aprelin 23-də ABŞ Senatının sənədə səs verəcəyi gözlənilir. Ölkə parlamentinin yuxarı palatasındakı Demokratlar Partiyasının lideri Çak Şumerin dediyi kimi, o və həmkarları “lazımi addımı” atmağa hazırdırlar.

Samir

0