Lukaşenko Polşadakı silahların sayını açıqlayacağına söz verdi

DÜNYA
14:45 / 25.04.2024
140

"Polşa hərbçiləri sərhəd təhlükəsizliyini gücləndirmək bəhanəsi ilə təxribat və kəşfiyyat missiyaları həyata keçirirlər".

HİT.az xəbər veirr ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Respublika başçısı qeyd edib ki, Varşava regionda ən güclü quru qoşunlarını yaratmaq istəyir. Eyni zamanda, bu təşəbbüsün həyata keçirilməsi üçün ABŞ-dan hərbi-texniki yardım alacağını gözləyir.

"Polşa Silahlı Qüvvələrinin döyüş hissələrinə gəlincə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi bəhanəsi ilə hərbçilər kəşfiyyat və təxribat işlərini həll edirlər", deyə Lukaşenko ÜmumBelarus Xalq Assambleyası zamanı bildirib.

Öz növbəsində, TASS agentliyi respublika rəhbərinin Polşanın bütün silahlarının sayını və nomenklaturasını dərc etmək vədinə diqqət çəkib. Prezident vurğulayıb ki, jurnalistlər sabahdan müvafiq məlumatları yaymağa başlayacaqlar.

Belarus lideri həmçinin bildirib ki, ölkə ordusunun bir neçə batalyonu tam əməliyyat hazırlığı ilə sərhədə yerləşdirilib. Lukaşenko aydınlaşdırıb ki, onlar Vitebsk vilayətindən gəliblər.

Lukaşenko qeyd edib ki, Belarus Polşa ilə hərbi əməliyyatlar aparmaq niyyətində deyil, ona qarşı ərazisindən heç bir təcavüz olmayacaq. 

Samir

 

 

0