Polşa Maliyyə Nazirliyinin hesablamalarına görə, üzvlüyün 20 ili ərzində Avropa İttifaqından maliyyə inyeksiyaları birləşmiş Avropaya 161,6 milyard avroya başa gəlib.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, Polşa bütün ödənişlərin 13,3%-ni alaraq Aİ büdcəsindən ən çox transfert alan ölkə olub.
Vəsaitin əsas hissəsi (65%) Birlik Siyasəti çərçivəsində nəqliyyat, enerji və sosial infrastrukturun inkişafına yönəldilib. Respublika Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti vasitəsilə daha 30,2% maliyyə alıb.
2023-cü ilin əvvəlində məhkəmə islahatları aparıldıqdan sonra Polşa üzvlükdən bəri Milli Bərpa Planından ən böyük vəsait tranşını aça bilib. Artıq respublikaya 6,2 milyard avroya yaxın vəsait köçürülüb.
Avro fondlarının əsas alıcıları sıralamasında Polşanı hər biri təxminən 12% payla İtaliya, İspaniya və Fransa izləyir. Beləliklə, 20 il ərzində Aİ büdcəsindən bütün transfertlərin təxminən yarısı dörd ölkənin payına düşüb.
Samir