"Turizmi inkişaf etdirmək üçün sosial şəbəkə və media gücündən istifadə etmək lazımdır" - Ekspert

İQTİSADİYYAT
10:07 / 23.04.2024
196

"Bu gün Azərbaycanın turizm sektoru çox inkişaf edib".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz turizm cəhətdən də Cənubi Qafqazda liderdir:

"Əlbəttə ki, Azərbaycanın beynəlxaq yarışlara və tədbirlərə ev sahibliyi etməsi burada önəmli rol oynayır. Həmçinin, Azərbaycanın ölkə olaraq da beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini vurğulamaq lazımdır".

348454

Ekspert qeyd edib ki, Azərbaycanın turizm sahəsinin inkişafında sosial şəbəkələrin də fəaliyyətini artırmaq labüddür:

"Sosial şəbəkələr vasitəsilə Azərbaycanın gəzməli-görməli yerlərinin xüsusi proqram əsasında işıqlandırılmasını zəruri hesab edirəm. Çünki sosial şəbəkələrin əhatə dairəsi daha böyük olur. Bundan başqa, telekanallar və saytlar da Azərbaycanın turizm sahəsinin inkişafı üçün vacib olan bütün layihələri həyata keçirməlidir". 

Rəhman Quliyev təklif də verib:

"Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurun gəzməli-görməli yerlərinin mediada və sosial şəbəkələrdə xüsusi olaraq işıqlandırılmasına ehtiyac var. Fikrimcə, bu da öz növbəsində Azərbaycan turizminə böyük töhfə verəcək. Ona görə də bu istiqamətdə addımlar atılmalıdır". 

Pərviz

0