Yol qəzasında idarənin bir əməkdaşı öldü, 4-ü yaralandı

HADİSƏ
11:04 / 15.05.2024
409

Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar - Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. 

Hərəkətdə olan "Mercedes" markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı Xaləddin Səmədov ölüb. 

İdarənin dörd əməkdaşı - İlham Gözəlbəyli (1996), Şahin Talıbov (1988), Azər Həsənov (1969) və Zülfüqar Nuruyev (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

0