Narsist sevgili ilə münasibətlər necə qurulmalıdır?

MARAQLI
22:44 / 29.04.2024
640

"Narsistlik müalicə olunmur, çünki o xəstəlik yox, şəxsiyyət pozuqluğudur. Əgər bir narsist sevgiliniz varsa, ya ondan ayrılmağı seçməlisiniz, ya da bütün həyatınızı onun kölgəsində keçirərək, məhv olmağı".

Bu fikirləri Hit.az-a psixoloq Vəfa Əliyeva bildirib.

O qeyd edib ki, narsistləri çox zaman kənardan tanımaq olmur. Onlar ətrafdakılara qaşı çox nəzakətlə davranır, evindəkilərlə isə amansız davranırlar:

"Narsist öz quranını öncə ilahlaşdırıb, onu göyün üzünə qaldırır. Özünə inandırdıqdan sonra isə birdən-birə bütün diqqət və iltifatları kəsərək, özündən asılı vəziyyətə salır. Bir narsist hər zaman özünü haqlı hesab edir, heç bir zaman üzr istəmir. Çünki onlarda empatiya qurmaq, başqalarının üzüntülərinə üzülmək qabiliyyəti yoxdur. Ona görə, haçansa sənə yazığı gələr, davranışını dəyişər kimi xəyallara qapılmayın. Narsistlər dəyişməz. Onlar qarşısındakı adamın çəkdikləri acılardan bəslənirlər. Onun yanında qaldıqca solğun, üzgün, qiyməti bilinməyən bir insana çevriləcəksiniz".

Murad

0