5 dərsə sərbəst avtomobil sürmək olar...

ÖLKƏ
23:26 / 24.04.2024
142

Azərbaycanda son zamanlar avtomobil təlimçilərinin sayı günü-gündən çoxalır.

Kim təlimçi olmaq istəyirsə, asan şəkildə sənədlərini düzəldib təsdiqlədir, daha sonra avtomobilinin arxasına təlim maşını işarəsini yapışdırır. Bununla da yeni sürücü olmaq istəyən insanlara təlim keçməyə başlayır.

Təbii ki, ucuz qiymətə olan bu təlimlər çox insanı cəlb edir. Onu da qeyd edək ki,  təlim elanları daha çox internet üzərindən yayılıb. 

Sosial sahə üzrə ekspert İlqar Hüseynli Hit.az-a deyib ki, bu işə gəlir mənbəyi kimi baxanlar az deyil. Təbii ki, belə olanda  yekunda heç bir nəticə olmur: 

“Bəzi müəllimlər çox soyuqqanlı yanaşırlar tələbələrə, nəticəni gözləmirlər. 5 dərsdən sonra tələbəyə deyirlər ki, sən rahat maşını sürə bilərsən. Ancaq maşın sürmək istəyən şəxsə o qədər  sirlər öyrədilməlidir ki, bunları 5 dərsə sığışdırmaq mümkün deyil. Ümumiyyətlə, təlim keçən sürücü işini dəqiq bilməlidir. Əks halda böyük yol qəzaları baş verə bilər. Belə təlimçilərə irad bildirəndə isə onlar qəbul etmir və acıqları tutur. Qəzaların əsas səbəbi peşəkar sürücülük təlimlərinin olmamasıdır. Əvvəllər sürücülük məktəbi var idi. Həmin sürücülük məktəbi indi sürücülük kursu ilə əvəz olunub. Sürücü olmaq istəyən şəxslərin o kurslara gedib-getməməsi araşdırılmalıdır. Eyni zamanda, təlim üçün nəzərdə tutulan ərazilərdə təlimin keçirilməsi də araşdırılmalıdır”.

Sevinc

0