"Yod-kletka" hər bir dərdə dərman olur?

SAĞLAMLIQ
21:15 / 22.04.2024
440

Əksər insanlar müxtəlif nahiyələrində ağrı olan zaman “yod-kletka” olunmasını tövsiyyə edir. Hər bir dərdin dərmanı kimi “yod-kletka” sayılır. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yod kletkası müəyyən yüngül patoloji əlamətləri aradan qaldırmaqla xəstənin vəziyyətini yüngülləşdirir: 

“Dəriyə yod çəkildiyi zaman dərialtı kapillyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qanın axınını sürətləndirir və ağrı hissi azalır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalara da qanın axını sürətlənir və iltihab əlamətləri aradan qalxır. Amma yadda saxlamaq lazımdır ki, yüksək temperatura olduqda dəriyə yod kletkası çəkmək olmaz. Yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər”.

Sevinc

0