İnsulin dirəncinin 8 əlaməti

SAĞLAMLIQ
21:53 / 22.04.2024
409

Çox insanlar arıqlamaqda əziyyət çəkirlər. Buna səbəb insulin dirəncidir.

Bəs bu insulin dirənci nədir və onu hansı əlamətlərlə tanımaq olar?

Hit.az-ın bu sualını həkim endokrinoloq Lamiyə Cəfərli cavablandırır.

“Qanda yüksək olan insulin qan səkərini hüceyrələrə keçməsini təmin edir, lakin o bu vəzifəsini yerinə yetirə bilməz hala gələndə insulin dirənci yaranır.

Əgər  insulin dirənci varsa ,yəni insulin yetərincə təsirli deyilsə, yemək sonrası qanda artan səkər əzələ və qaraciyərə daxil ola bilmədiyi üçün qanda toplanmağa başlayır və qan səkəri yüksəlir.İnsulin dirənci şəkərli diabetin yaranmasına səbəb olur.

Yorğunluq, halsızlıq, sürətli kilo alma, doymama hissi, tez-tez acıma, şirin qidalara meyillilik, qarın ətrafı və bel nahiyəsində piylənmə, unutqanlıq kimi hallar insulin dirəncinin ən aşkar əlamətləridir”, deyə həkim bildirib.

Murad

0