Körpələri yelləyərək, yatızdırtmaq düzgündür?

20:47 / 24.04.2024
383

Əksər valideynlər yeni doğulan uşağı yatızdırarkən, onu yelləməyə üstünlük verir. Ancaq həkimlər isə bunun düzgün olmadığını iddia edir.

Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında deyib ki, körpə ağlayarkən onu yavaşca yelləməyin heç bir ziyanı yoxdur:

"Ancaq möhkəm yelləyərkən beyin qanaması, hətta beyindəki kiçik damarların qopmasına səbəb ola bilərsiz. Bu da beyin qanaması və epilepsiya halına kimi gedib çıxa bilər:

“Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur".

Sevinc

0