Qorxmaz Qurbanov: "3 şarı üfürə bilməyənlər müğənnilər haqqında yalan üfürür”

MƏDƏNİYYƏT
22:50 / 22.04.2024
416

“Hərdən insanlar müğənnilərin çox qazanmasına qısqanclıqla yanaşırlar. Amma onların toyda nə zülm çəkdiklərini heç kim bilmir axı. Mən bilirəm onlar nə əziyyət çəkir. 3 dənə şarı  üfürəndə qaranəfəs oluruq. Dayanmadan əlində mikrofon ,500 adamı razı salmaq asan məsələdir ? 

Müğənni var ki, boğazını gücə salmaqdan müxtəlif xəstəliklər tapıb. Bu səbəblə çoxlarında hemoroy xəstəliyi yaranıb”.

Bu fikirləri Hit.az-a Əməkdar artist, pianoçu Qorxmaz Qurbanov səsləndirib:

“Toy deyib lağ edirlər. Bu toyun içkilisi var, dəlisi var,  manyakı var. Ev sahibinin bütün qonaqlarını məmnun yola salmaq  toyu aparan müğənninin üstünə düşür. Hamı ilə gülüb danışmalı, yola verməlidir. Ev sahibi toyunu ona əmanət edir. Gülüb danışan müğənni xanımların o saat adına qara yaxırlar. Bəs gülməsin nə etsin? Toyda qan su yerinə axsın? 3 şarı üfürə bilməyənlər müğənnilər haqqında yalan üfürür”- deyə o əlavə edib.

Murad

0