"BMW" geri addım atdı: Bu xidmət pulsuz olacaq

AVTO
12:58 / 12.09.2023
1234

Almaniyanın nəhəng avtomobil markası "BMW" geri addım atıb.

HİT.az xəbər verir ki, şirkət bir müddət öncə verdiyi qərarı ləğv edib.

Belə ki, bir müddət əvvəl "BMW" oturacaqların isitmə funksiyasını abunə haqqı ilə təklif etməyə başlamışdı. Bunun üçün aylıq 18 dollar tələb olunurdu. 

Lakin sözügedən qərar bütün dünyada çox sərt təpkilərə səbəb oldu. Tənqidlərin ardından firma geri addım atdı.

"BMW"nin İdarə Heyətinin üzvü Peter Nota sürücülərin oturacaqların isitmə funksiyasının ödənişli olma qərarını bəyənmədiyini, buna görə də sözügedən abunəliyi ləğv etdiklərini açıqlayıb. 

Buna baxmayaraq, şirkətin başqa xidmətlərdə abunəlik sistemini düşündüyü də qeyd olunub.

Pərviz

0