Yaponiyanın avtomobil istehsalçısı "Toyata" yeni modelini təqdim edib.
HİT.az xəbər verir ki, yeni model "Hilux" adlanır.
Bildirilib ki, Motor Manufacturing (TMUK) layihəsi çərçivəsində sıfır emissiyalı avtomobillərin inkişafı üçün Böyük Britaniya hökumətindən maliyyə alacaq. Böyük Britaniyada yerləşən "Ricardo", "ETL", "D2H" və "Thatcham Research" şirkətləri də "Toyota"nın bu layihəsinə dəstək verəcəklər.
Maraqlıdır ki, "Hilux" modelindən karbon qazı əvəzinə təmiz su çıxır. Hidrogen isə avtomobilin üç yüksək təzyiqli yanacaq çənində saxlanılır. Beləliklə, "Hilux" 600 kilometrdən çox məsafəni qət edir. Bu da akkumulyatorla işləyən tam elektrik sistemlərinin təmin edə biləcəyindən yüksəkdir. Yanacaq elementi tərəfindən istehsal olunan elektrik enerjisi də hibrid akkumulyatorda saxlanılır və batareya kabin sahəsinə təsir göstərməmək üçün arxa yükləmə sahəsində yerləşdirilir.
Qeyd edək ki, "Hilux" modelinin ilk 10 ədədi bu ilin sonuna qədər istehsal olunacaq.
Pərviz