Çinin "Geely" şirkətinə məxsus dünyanın ən böyük avtomobil istehsalçılarından olan "Volvo" maraqlı addım atıb.
HİT.az xəbər verir ki, şirkət dizellə işləyən avtomobillərin istehsalını dayandıracağını açıqlayıb.
Sözügedən qərar 2024-ci ildən qüvvəyə minəcək.
"Volvo" tezliklə dizellə işləyən son avtomobili istehsal edəcəyini açıqlayıb:
"Bir neçə aydan sonra dizel mühərrikli sonuncu "Volvo" avtomobilini istehsal edəcəyik. Bu isə "Volvo"nu belə bir addım atan ilk köhnə avtomobil istehsalçılarından birinə çevirəcək".
Pərviz