Fransadan Çin avtomobillərinə qarşı ŞOK HƏMLƏ

AVTO
10:17 / 27.09.2023
1006

Fransa hökuməti Çinə məxsus avtomobil istehsalçısıları ilə bağlı şok bir qərar qəbul etməyə hazırlaşır.

HİT.az xəbər verir ki, rəsmi Paris Çinin elektromobillərinin çox satılmasından narazıdır.

Bu səbəbdən də qanun layihəsinə düzəliş edilməsi gündəmdədir. Belə ki, elektromobilləri alanda 5 min avroluq subsidiyanı əldə etmək üçün tələb olunan prosedur daha da çətinləşəcək. Hətta istehsalda istifadə olunan enerji mənbəyini nəzərə alan yeni təsnifat sistemi Çin mənşəli avtomobilləri Fransanın subsidiya proqramından tamamilə çıxara bilər.

Fransa rəsmiləri bildirirlər ki, bu təşəbbüsün məqsədi dövlət büdcəsindən ayrılan illik 1 milyard avronun çinliləri dəstəkləmək əvəzinə Avropada qalmasını təmin etməkdir.

Bundan başqa, Avropa Komissiyası da qitədəki avropalı avtomobil istehsalçılarını qorumaq üçün Çinin elektromobil istehsalçılarına əlavə vergilər tətbiq etməyi nəzərdən keçirir.

Pərviz

0