Dünyanın ən çox satılan avtomobil markaları bəlli olub.
HİT.az xəbər verir ki, cari ilin avqust ayında 5,5 milyon avtomobil satılıb.
Bu isə iyul ayı ilə müqayisədə 1% artım deməkdir. Ən çox satılan markalar isə aşağıdakı kimidir:
İlk üç sıra yenə də dəyişilməz olaraq qalıb. Belə ki, avqust ayında da iyulda olduğu kimi "Toyota", "Volkswagen" və "Honda" dünyanın ən çox satılan avtomobil markaları olub. Dördüncü sırada isə Çinin "BYD" şirkəti qərarlaşıb. Sözügedən avtomobil istehsalçısının satışları ötən ay 4,8% artıb. İlk beşliyi 4,3% artımla "Hyundai" tamamlayıb.
"Ford" 6,7 faizlik azalma ilə 6-cı sıraya qədər geriləyib. "Chevrolet" isə avqust ayındakı satışlarda 4% artıma nail olaraq, 7-ci sıraya yüksəlib. Son üç sırada isə ardıcıl olaraq "Suzuki", "Kia" və "Nissan" gəlib.
Pərviz