Ötən həftəsonu (7-8 oktyabr) Bakıda Yaponiya avtomobil brendləri festivalı keçirildi.
"Park Pulvar" ticarət və əyləncə mərkəzində keçirilən festivalın təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasıdır. Festivalda "Toyota", "Honda", "Nissan", "Mazda", "Subaru", "Mitsubishi", "İnfiniti" və "Lexus" brendlərinin modelləri nümayiş olundu. Festivalın aparıcısı isə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Natiq Zərbəliyev idi.
Sərgidə yapon geyimlərində müsabiqədə də təşkil olundu. Bu səbəbdən bir çox insan yapon geyimlərində sərgiyə qatıldı. Müsabiqənin qalibləri isə pul mükafatı qazandılar. 1000 manata qədər olan ümumi mükafat fondu ilk 3 yer arasında bölündü.
Xatırladaq ki, ötən həftəsonu da Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən "Park Bulvar"da Çin avtomobillərinin sərgisi keçirilmişdi.
Pərviz