Ən etibarlı avtomobil markası hansıdır? - SORĞU 

10:10 / 10.10.2023
1270

Dünyanın ən etibarlı avtomobil markasının adı məlum olub.

HİT.az xəbər verir ki, ənənəvi olaraq bu il də onunla bağlı tədbir keçirilib.

Belə ki, Yaponiyanın nəhəng avtomobil şirkəti "Toyota"nın tərkibində yer alan "Lexus" bu mükafata layiq görülüb. "Lexus" fərqli araşdırmalar və sorğular nəticəsində 7-ci dəfə ən etibarlı avtomobil markası seçilib. Firma 98,3 faiz səs toplayıb. 

Qeyd edək ki, "Lexus" sözügedən kateqoriya üzrə 2017-ci ildən bəri liderliyini qoruyur. 

Pərviz

0