"Volkswagen" daha bir modelinin istehsalını dayandırdı

AVTO
10:35 / 11.10.2023
1189

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" maraqlı addım atıb.

HİT.az xəbər verir ki, şirkət ən kiçik və ən ucuz avtomobili olan "Up" modelinin istehsalını dayandırmaq qərarına gəlib.

2011-ci ildə təqdim edilən "Volkswagen Up" modeli Slovakiyadakı fabrikində istehsal edilib. 12 ilin ardından sözügedən modelin istehsal olunmayacağı açıqlanıb. Əslində, "Up" modelinin cari ilin yanvar ayında satışları dayandırılmışdı. İndi isə onun istehsal olunmayacağı bildirilib. 

Qeyd edək ki, "Volkswagen"in "Seat Mii" 2020-ci ildə, "Skoda Citigo" modeli isə 2021-ci ildə istehsalını dayandırıb. Şirkət sözügedən modellərin istehsalını daha az satıldığı üçün dayandırıb.

Pərviz

0