Yaponiyanın nəhəng avtomobil şirkəti "Toyota"nın 6 fabrikində istehsal dayandırılıb.
HİT.az xəbər verir ki, buna səbəb Yaponiyadakı sözügedən fabriklərdə partlayışların baş verməsi olub.
İki nəfər yaralanıb, fabriklərə isə ciddi ziyan dəyib. Şirkətin açıqlamasında bildirilib ki, 6 fabrikdə hissə tədarükü çatışmazlığı səbəbindən işlər müvəqqəti dayandırılıb. Həmin fabriklərin nə zaman fəaliyyətə başlayacağı ilə bağlı isə məlumat verilməyib.
Partlayış olan fabriklərdə "Toyota"nın "Land Cruiser" və "RAV4" modellərinin istehsal olunduğu bildirilir.
Pərviz