İngiltərənin dünyaca məşhur avtomobil istehsalçısı "Rolls-Royce" son addımı ilə hamını təəccübləndirib.
HİT.az xəbər verir ki, şirkət minlərlə işçisi ilə yollarını ayıracaq.
Belə ki, dünyadakı "Rolls-Royce" fabriklərində çalışan 2 min 500-ə qədər işçi ixtisara düşəcək. Bu, şirkətin ümumi işçilərinin sayını 6 faizini təşkil edir. Hazırda sözügedən markanın işçilərinin toplam sayı 42 mindir.
Şirkətin açıqlamasında isə bu qərarın operativliyə və inkişafa təkan verəcəyi bildirilib.
Pərviz