Avropada avtomobil satışları kəskin artdı

AVTO
10:29 / 25.10.2023
1151

Avropa İttifaqı (Aİ) ölkələrində avtomobil satışları kəskin artıb.

HİT.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Cari ilin sentyabr ayında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Həmçinin, Avropa İttifaqı ölkələrində avtomobil satışlarının 14 aydır ardıcıl yüksəldiyi də qeyd olunub. 

Bununla yanaşı, Avropa ölkələrində 2023-cü ildə yanvar-sentyabr aylarında satılan avtomobillərin sayı 16,9% artaraq 8 milyona çatıb.

Pərviz

0