Dünyaca məşhur avtomobil istehsalçısı "Porsche"nin satışları artıb.
HİT.az xəbər verir ki, şirkət cari ilin yanvar-sentyabr ayındakı satışlarla bağlı məlumat yayımlayıb.
Bildirilib ki, sözügedən dönəmdəki satışlar 12,1% artaraq 30,1 milyard avroya yüksəlib. Şirkətin mənfəəti isə 9% artaraq 5,5 milyard avroya çatıb.
Maraqlıdır ki, "Porsche"nin Çindəki satışları isə 12% azalıb. Lakin Avropa və Şimali Amerikadakı satışlarda artım qeydə alınıb.
"Porsche"nin bu il üçün satış hədəfinin 40-42 milyard avro olduğu da qeyd olunub.
Pərviz