ABŞ-ın məşhur avtomobil şirkəti "Cruise" gözlənilməz qərar verib.
HİT.az xəbər verir ki, şirkət sürücüsüz taksi xidməti fəaliyyətini dayandırıb.
Buna səbəb isə sözügedən avtomobillərin qəzalar törətməsi olub. Fevral ayından etibarən Kaliforniyanın San-Fransisko şəhərində robot taksi xidmətini sınaqdan keçirirdi. Lakin yaşanan qəzalar şirkəti çətin vəziyyətdə saxladı.
2 oktyabrda yaşanan qəzanın ardından isə Kaliforniyada "Cruise" şirkətinin taksi fəaliyyəti qadağan olundu. Təhlükəsizliklə bağlı nöqsanlarını gizlətməkdə ittiham olunan şirkətin lisenziyası ləğv olunub.
Pərviz