Almaniyanın məşhur avtomobil istehsalçısı "Porsche" "Google" ilə əməkdaşlığa başlayıb.
HİT.az xəbər verir ki, şirkət yeni avtomobillərində naviqasiya, nitq və tətbiq ekosistemi üçün "Google" xidmətlərindən istifadə edəcək.
"Google Play" mağazası vasitəsilə təklif olunan tətbiqlərin ilk olaraq hansı modeldə olacağı hələlik bəlli deyil.
Qeyd edək ki, "General Motors", "Renault", "Nissan" və "Ford" kimi avtomobil istehsalçıları da "Google" ilə əməkdaşlıq edərək, onun xidmətlərindən istifadə edirlər.
Pərviz