\"Stellantis\" 3 milyard ziyana uğradı

10:23 / 03.11.2023
1172

Məşhur avtomobil istehsalçısı "Stellantis" külli miqdarda ziyana uğrayıb.

HİT.az xəbər verir ki, buna səbəb işçilərin tətil etməsi olub.

Belə ki, ABŞ avtomobil sənayesi tarixində ən böyük işçi tətillərindən birini yaşayıb. Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqı (UAW) "böyük üçlük" kimi tanınan "Ford", "General Motors" və "Stellantis" şirkətlərində işçilər işi boykot etdiklərini açıqladı. Hətta günlərlə davam edən tətillər nəticəsində tərəflər yeni müqavilə şərtləri ilə bağlı razılığa gələ bilmədilər.

Bunun ardınca isə Həmkarlar ittifaqı (UAW) 150 min işçini ölkə daxilindəki fabriklərdə işi boykot etməyə çağırıb. Lakin nəticədə şirkətlər geri addım atdılar və işçilərlə razılaşdılar. 

ABŞ-da maaşların artırılması ilə bağlı altı həftəlik tətillər nəticəsində isə "Stellantis"in gəlirlərinin 3 milyard avro azaldığı açıqlanıb. Həmçinin, şirkətin mənfəətinin də təxminən 750 milyon avro azalıb.

Pərviz

0