Türkiyədə avtomobil satışları rekord qırdı

AVTO
10:01 / 04.11.2023
1115

Türkiyədə ötən ay rekord sayda avtomobil satılıb.

HİT.az xəbər verir ki, Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin oktyabr ayında 82 min 611 ədəd avtomobil satılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 74,1% artımdır. Həmçinin, yüngül kommersiya avtomobilləri bazarında da 18 min 756 satış həyata keçirilib. Bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artım deməkdir. 

Bundan başqa, qardaş ölkədə cari ilin yanvar-oktyabr ayları ərzində toplam 958 min 942 ədəd avtomobil satılıb. Bu da öz növbəsində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 63,7% artım deməkdir. Ümumiyyətlə, 2023-cü ildə son 6 ilin satış rəqəmləri keçilib. 

Oktyabr ayı ərzində Türkiyədə ən çox satılan markaların da adı bəlli olub:

1. "Renault" - 12 min 192
2. "Fiat" - 9 min 229
3. "Toyota" - 5 min 953
4. "Chery" - 4 min 517
5. "Volkswagen" - 4 min 149
6. "Hyundai" - 4 min 097
7. "Opel" - 3 min 854
8. "Citroen" - 3 min 755
9. "Peugeot" - 3 min 622
10. "Togg" - 3 min 567

Pərviz

0