"Hozon Neta" yeni avtomobilini satışa çıxarır

AVTO
11:30 / 21.11.2023
946

Çinin məşhur avtomobil istehsalçılarından olan "Hozon Neta" yeni modelini satışa çıxarır.

HİT.az xəbər verir ki, "Neta U" modeli öncə Türkiyədə, gələn il isə Avropada satışa çıxacaq.

Avtomobilin gələn ay qardaş ölkədə satışa çıxacağı açıqlanıb. Sözügedən modelin sürət həddi 420 kilometrdir. 

"Neta U" V2L funksiyası sayəsində digər elektron cihazları da doldura və generatora çevrilə bilər. Tək pedal sürmə rejimi, yüksək komfort və texnoloji avadanlıq, hər biri 8 düym olan iki ayrı sensor ekran və keyfiyyətli materiallarla bəzədilmiş interyer diqqəti cəlb edir. Sonra istehsal olunacaq "Neta GT" modelinin isə 0-dan 100 km/saata cəmi 3,7 saniyəyə sürət yığa biləcəyi qeyd olunub. 

Pərviz

0