Avtomobil satışları 14% ARTDI

AVTO
11:09 / 22.11.2023
873

Avropa İttifaqı (Aİ) ölkələrində avtomobil satışları oktyabr ayında da artıb.

HİT.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb. 

Bildirib ki, ötən ay Avropada 855 min 484 ədəd avtomobil satılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% çoxdur.

Həmçinin, cari ilin yanvar-oktyabr aylarında 8 milyon 795 min 16 ədəd avtomobil satılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artım deməkdir. Eyni zamanda, elektrikli avtomobil satışları da oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 36,3% artaraq 121 min 808 ədədə çatıb.

Pərviz

0