Türkiyədə satılan avtomobillərlə bağlı maraqlı statistika açıqlanıb.
HİT.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, son 5 ildə qardaş ölkədə satılan hibrid avtomobillərin sayı 15 dəfə, elektromobillərinki isə 50 dəfə artıb. Belə ki, sözügedən dövrdə satılan 15 milyon 44 min 117 avtomobilin 204 min 764-ü hibrid, 59 min 554-ü isə elektrik mühərrikli olub.
Qeyd olunub ki, son illərdə nəqliyyatda avtomobillərin yanacaq növünə görə bölgüsündə benzinlə işləyən avtomobilləri dizel, hibrid və elektromobillər əvəzləyib.
Pərviz