Türkiyədə Çin avtomobillərinə maraq ARTIB

AVTO
10:40 / 27.12.2023
1085

Türkiyənin avtomobil bazarı ilə bağlı maraqlı statistikalar açıqlanıb.

HİT.az xəbər verir ki, qardaş ölkədə ilin 11 ayı ərzində Çinin 7 modelinin satıldığı məlum olub.

Bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb. Belə ki, Çinin 7 avtomobil brendi bu il Türkiyədə 51 mindən çox maşın satıb. Üstəlik, sözügedən 7 markanın toplam 15 fərqli modellə avtomobil bazarında təmsil olunduğu da qeyd olunub. 

Hətta bəzi markalar ən çox satılanlar siyahısında "TOP-10"a belə daxil olub. Xüsusilə elektromobillərin satışının artığı müşahidə olunur. 

Çin istehsalçılarının bazar payı artıq qardaş ölkədə 6 faizə çatıb. Bundan əlavə, Türkiyədə fəaliyyət göstərən Uzaq Şərq markalarının sayının 2024-cü ilin sonuna qədər isə 15-i keçəcəyi gözlənilir.

Pərviz

0