Dünyada Çin istehsalı olan avtomobillərə maraq durmadan artmaqdadır.
Hit.az xəbər verir ki, xüsusilə Avropada sözügedən modellərin satışında artım müşahidə olunur.
Hazırda Avropa İttifaqına daxil olan ölkələrdə satılan avtomobillərin 5 faizi Çin istehsalı olan modellərdir. Bu barədə Luis Universitendə xüsusi araşdırma aparılıb. Məlum olub ki, ötən ilin yanvar-sentyabr aylarında Avropada 462 min 600 ədəd Çin avtomobili satılıb.
Bu isə 455 min 400 ədəd Çin avtomobilinin satıldığı 2022-ci ildəki ümumi satışdan daha çoxdur. Ötən ilin 12 ayı üzrə satış statistikalarında isə sözügedən rəqəmlərin daha yüksək olacağı dəqiqdir.
2023-cü ildə Avropada satılan Çin avtomobillərinin 70,8 faizi tam elektromobillər olub. Çin Avropadakı avtomobil satışlarında Cənubi Koreya, İngiltərə və ABŞ-ni geridə qoymağa nail olub.
Pərviz