"Changan"ın problemləri sürücüləri yorur

AVTO
10:26 / 24.01.2024
1451

Çinin məşhur avtomobil şirkəti "Changan"la bağlı şikayətlər səngimir.

Hit.az xəbər verir ki, sözügedən şirkətin avtomobillərini alanlar bir çox problemlə üzləşdiklərini deyirlər.

Ən çox şikayətlər isə avtomobilin yanacaq nasosu və yanacaq sistemi ilə bağlıdır. Bundan başqa, sözügedən modellərin əyləc və işıq sistemində də problemlərin meydana gəldiyini bildirənlər var. 

Həmçinin, sürücülər avtomobillərinə hissə lazım olduqda tapa bilməməkdən gileylənirlər. "Changan" avtomobillərinə aid hissələrin ölkəmizdə tapılmaması isə böyük problemdir. Müştərilər "Changan Azərbaycan"dan da lazımi köməyi ala bilmədiklərini deyirlər. 

Xaricdə isə şirkətin bəzi modellərində benzin bakına su sızdığı üzə çıxıb. Bu isə mühərriklərdə ciddi problemlərə gətirib çıxarıb. Düzdür, bunun ardınca şirkət çox sayda avtomobilini geri çağırmağa qərar verib. Amma müştərilərin də güvənin sarsıldığını vurğulamaq lazımdır.

Sadalanan bu və başqa problemlər səbəbindən alıcılar "Changan" modelləri almağa müsbət yanaşmırlar...

Pərviz

0