İsveçin məşhur avtomobil markalarından olan "Volvo" yeni problemlə gündəmə gəlib.
Hit.az xəbər verir ki, şirkətinin "EX30" adlı elektromobillərinin proqram təminatında texniki problemlər yaranıb.
Bu səbəblə də sözügedən avtomobillərin tədarükü təxirə salınıb. Maraqlıdır ki, bənzər problem daha öncə də "Volvo"nun "EX90" modelində meydana gəlmişdi. Şirkətdən verilən açıqlamada problemi həll etmək üçün gecə-gündüz çalışdıqları bildirilib.
Qeyd olunub ki, problem "Volvo"nun dünya bazarlarındakı tədarüklərinə təsir etdiyini və yenilənmə onlayn olaraq həyata keçirilə bilmir. Bu səbəbdən də avtomobillərin geri çağırıldığı deyilib.
Onu da əlavə edək ki, "Volvo EX30" ABŞ-də 34 min 950 dollar, Avropada isə təxminən 36 min avro başlanğıc qiyməti ilə satışa çıxarılacaq.
Pərviz