Ən çox qəza törədən avtomobillər hansılardır? - SİYAHI

AVTO
10:23 / 05.02.2024
999

ABŞ-də 2023-cü ildə yaşanan avtomobil qəzaları ilə bağlı araşdırma aparılıb.

Hit.az xəbər verir ki, ən çox qəza törədən avtomobillərin adları açıqlanıb. 

Məlum olub ki, ən çox qəzaya qarışan avtomobillər "Tesla"ya məxsusdur. Bu markalı avtomobilləri idarə edən hər min sürücünün təxminən 24-nün qəza törətdiyi ortaya çıxıb. "Tesla" bu göstərici ilə ən çox qəza törədən avtomobil olub. 

Ötən il ən çox qəzaya səbəb olan avtomobillər siyahısını "Ram", "Subaru", "Mazda" və "Lexus" davam etdirib. 

Pərviz

0