"Apple" elektrik avtomobili layihəsini dayandırdı

AVTO
10:58 / 28.02.2024
1723

Amerikanın texnologiya nəhəngi "Apple" şirkəti 10 illik layihə üzərində işlədikdən sonra öz elektrik avtomobilinin hazırlanmasını dayandırmaq qərarına gəlib. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Bunun əvəzinə şirkət diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəldəcək. Elektrikli avtomobilin yaradılmasında iştirak edən Xüsusi Layihələr Qrupu bölməsi generativ süni intellekt üzərində işləmək üçün yenidən bölüşdürüləcək.

2014-cü ildə başlanan elektromobil layihəsi üzərində işlərin yaxın 5-7 il ərzində başa çatdırılması planlaşdırılırdı, lakin indi şirkət öz prioritetlərini yenidən nəzərdən keçirib. "Apple"ın elektrik avtomobili konseptində sükan çarxı və ya pedallar yox idi, diqqəti idarəetmənin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sisteminə yönəldib.

Bundan əvvəl, "Apple"da yüzdən çox insanın şirkətin markalı avtomobillərinin onlarla prototipini sınaqdan keçirdiyi bildirilirdi. Ümumilikdə, "Apple"ın parkında 68 avtomobil var. Yaxın vaxtlara qədər "Apple" avtomobilinin buraxılışının 2026-cı ildə baş tutacağı gözlənilirdi. Ancaq keçən ilin sonunda insayder Minq-Çi Kuo məhsulun qeyri-müəyyən müddətə təxirə salındığını elan edib. İndi layihədən tamamilə imtina edilib.

Samir

0