Avropa Avtomobil İstehsalçıları Assosiasiyası 2035-ci ildə təsdiqlənəcək qərara etiraz etməyəcəklərini açıqlayıb.
Hit.az xəbər verir ki, 2035-ci il Avropa İttifaqı sərhədləri daxilində daxili yanma mühərrikli avtomobillərin qadağan olunması gündəmdədir.
Sözügedən qərara xeyli etirazlar olsa da, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası ilk dəfə Avropa İttifaqının qərarına dəstək verib. Onlar, dəyişikliklərin 2035-ci ilə qədər tamamlanacağını və bu müddətə etiraz etməyəcəklərini elan ediblər.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının sədri Luka de Meo lazımi yenilikləri tətbiq edəcəklərini deyib. O, yeni qərara keçid etməyin "mümkünsüz" olmadığını da diqqətə çatdırıb. Sədr onu da əlavə edib ki, artıq bir çox nəhəng avtomobil istehsalçısı bu istiqamətdə çalışmağa başlayıb.
Pərviz