"Renault"dan sürpriz addım: Qərarını dəyişdi

AVTO
10:41 / 04.03.2024
1249

Fransanın məşhur avtomobil istehsalçısı "Renault" yeni qərarı ilə gündəmdədir.

Hit.az xəbər verir ki, şirkət avtomobil istehsalı ilə bağlı qərarını dəyişib.

Belə ki, "Renault" daha öncə 2030-cu ilə qədər sadəcə elektrikli avtomobil istehsal edəcəyini açıqlamışdı. Lakin bu plan ləğv olunub. Daha doğrusu, həmin qərar rədaktə olunub. 

Şirkət qarşıdakı 10 il ərzində həm elektromobil, həm də hibrid avtomobil istehsal edəcəyini elan edib. Beləliklə, "Renault" həm daxili yanma mühərrikli hibrid avtomobilləri, həm də tam elektrik avtomobillərlə bazarda yer alacaq. 

Pərviz

0