Atomobil istehsalçısı "Nissan Motor" xərcləri azaltmaq üçün podratçılara az ödəniş edib - ümumilikdə şirkətin təxminən 26 milyon dollar borcu var.
HİT.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlum olub ki, Yaponiyada müqaviləni pozaraq, podratçılara onilliklər ərzində az ödəniş edən "Nissan Motor"a qarşı araşdırma aparılır. Korporasiyanın istehsalçıya ayrı-ayrı hissələri və birləşmələri ilə təmin edən 30-dan çox şirkətə borcu olub. Yaponiya səlahiyyətliləri bunun ölkənin müharibədən sonrakı bütün tarixində ən böyük belə pozuntu olduğunu bildiriblər.
"Nissan" bu yolla istehsal xərclərini azaltmağa çalışdığını qeyd edərək günahını etiraf edib. Bununla yanaşı, korporasiya iddia edir ki, podratçılara olan borcları artıq ödəyib. Bununla belə, Yaponiya hakimiyyəti "Nissan"a rəsmi xəbərdarlıq edərək, belə halların qarşısını almaq üçün tədbirlər görməyi tələb edir.
Samir