"Nissan" və "Honda" razılaşdı: "Tesla"ya rəqib OLDULAR

AVTO
10:47 / 19.03.2024
1421

Yaponiyanın nəhəng avtomobil şirkətlərindən olan "Nissan" və "Honda" arasında razılıq əldə olunub.

Hit.az xəbər verir ki, sözügedən şirkətlər elektrikli avtomobil və süni intellekt texnologiyasını inkişaf etdirmək üçün birlikdə çalışacaqlar. 

"Nissan" və "Honda" bu barədə ortaq açıqlama yayımlayıblar. Bunun ardından Tokio birjasında "Honda" və "Nissan" səhmləri bahalaşıb.

Onlar, bununla ABŞ-nin elektromobil istehsalçısı "Tesla"ya rəqib olmağı hədəfləyirlər. 

Pərviz

0