Bu avtomobillərdə problem yaranıb

AVTO
10:55 / 27.03.2024
1118

"Stellantis"in "Dodge" və "Chrysler" avtomobillərində problem meydana gəlib.

Hit.az xəbər verir ki, sözügedən modellərin avtomobillərində hava yastıqlarında problem yaranıb.

Məlum olub ki, qəza zamanı yastığın açılması ilə ətrafa yayılan parçalar sürücüyə və sərnişinlərə zərər verə bilər. Buna görə də 300 minə yaxın avtomobil geri çağırılacaq. Şirkətdən verilən açıqlamaya əsasən, geri çağrılma qərarı 284 min 982 ədəd avtomobili əhatə edəcək. 

Konkret olaraq 5 iyul 2018-ci ildən 19 may 2021-ci illərə qədər istehsal olunan avtomobillərin risk altında olduğu qeyd olunub. Bildirilib ki, sözügedən problemin avtomobillərin 1 faizində olduğu təxmin edilir.

Pərviz

0