Cənubi Koreyanın nəhəng avtomobil şirkəti "Hyundai" elektromobil istehsalını artırmağa qərar verib.
Hit.az xəbər verir ki, şirkət 3 il ərzində elektrikli avtomobil istehsalına 51 milyard dollar vəsait ayıracaq.
Bununla əlaqədar olaraq da 80 min nəfər işə götürüləcək. "Hyundai" 2030-cu ilə qədər dünyanın ən böyük 3 elektromobil istehsalçısından biri olmaq istəyir. Həmçinin, şirkət 2030-cu ilə qədər elektrikli avtomobil istehsalını 1,51 milyon ədədə çatdırmağı hədəfləyir.
Pərviz