Çinin avtomobil istehsalçısı "BYD" yeni avtomobilini təqdim etməyə hazırlaşır.
Hit.az xəbər verir ki, sözügedən şirkət elektrikli avtomobillərə Avropa bazarındakı satışlarını artırmağı hədəfləyir.
"BYD" yeni elektromobili "Seal U" modelini satışa çıxaracaq. Bu modelin hibrid versiyası Avropada ilk olaraq Türkiyə bazarında satılacaq. Sözügedən model 15 apreldə qardaş ölkənin yollarında olacaq.
Qeyd edək ki, "BYD Seal U" 1,5 litrlik benzin mühərriki və təkrar doldurulan akkumulyatorlarla birləşdirilmiş elektrik mühərriki təchiz olunub. Avtomobil 100 kilometr məsafəyə 0,9 litr benzin sərf edir. Bu model elektrik enerjisi ilə 80 kilometr məsafə qət edə bilir. Şəhərdaxili yollarda isə bu məsafə 110 kilometrə qədər çıxa bilir.
Pərviz