İtaliyanın avtomobil istehsalçısı "Alfa Romeo" yeni modelinin adını dəyişdirib.
Hit.az xəbər verir ki, söhbət "Milano" modelindən gedir.
Belə ki, "Alfa Romeo" sözügedən modelin həm elektrikli, həm də hibrid versiyalarını istehsal edəcək. Lakin avtomobilin adının "Milano" adlanması İtaliya hökumətinin etirazına səbəb oldu. Hakimiyyət şirkətin xaricdə istehsal etdiyi modelə "Milano" adının verilməsini qanunazidd adlandırıb.
Bunun ardından "Alfa Romeo" geri addım atmağa məcbur olub. Beləliklə, "Milano" modelinin adı "Junior" olaraq dəyişdirilib. Həmçinin, Polşada istehsal olunan bu modelin xərclərinin də azaldığı açıqlanıb.
Pərviz