Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" sürpriz qərar verib.
Hit.az xəbər verir ki, şirkət 211 min "Prius" modelini geri çağırır.
Sözügedən avtomobillərin 135 mini Yaponiyanı əhatə edəcək. Geri çağırılma qərarına səbəb isə arxa oturacaqların qapısının tutacaqlarını buraxma açarında nasazlıq yaranmasıdır. Belə ki, avtomobillərin içərisinə yağış sularının daxil olma riski var. Həmçinin, idarəetmə zamanı arxa qapıların açılma təhlükəsi də mövcuddur.
Qərar 2022-ci noyabrından 2024-cü ilin aprelinə qədər istehsal olunan avtomobillərə şamil olunur. Geri çağrılan avtomobillərin toplam dəyəri 71 milyon dollardır. "Toyota" bu problemi həll etmək üçün ehtiyat hissələrin tədarükü müddəti başa çatana qədər "Prius" modellərinin istehsalını dayandırdığını açıqlayıb.
Xatırladaq ki, indiyə kimi bənzər problemlər "Toyota"nın 3 modelində yaranıb.
Pərviz