Türkiyədəki elektromobil sayının 10 il sonra 4 milyonu keçəcəyi proqnozlaşdırılır.
Hit.az xəbər verir ki, qardaş ölkədə elektrikli avtomobillərin sayının 2035-ci ildə 4 milyon 214 min 273-ə çatması gözlənilir.
Belə ki, Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) Elektrikli Nəqliyyat vasitələri və Doldurma İnfrastruktur Proyeksiyasını dərc edib. Hesabata görə, 2025-ci ildə elektrikli nəqliyyat vasitələrinin sayı aşağı ssenaridə 202 min 30, orta ssenaridə 269 min 154, yüksək ssenaridə isə 361 min 893 olacaq.
Bundan başqa, elektrikli avtomobilləri enerji ilə doldurma infrastrukturunun sayının da artması gözlənilir. Onların 2035-ci ildə aşağı ssenariyə görə 146 min 916, orta ssenariyə görə 273 min 76, yüksək ssenariyə görə isə 347 min 934 olacağı gözlənilir.
Qeyd edək ki, keçən ilin əvvəlində Türkiyədə 14 min 896 elektrikli avtomobil var idi, bu gün isə həmin rəqəm 93 min 973-ə yüksəlib.
Pərviz