Türkiyədə avtomobil satışları azalıb.
Hit.az xəbər verir ki, qardaş ölkədə ötən ay 75 min 919 ədəd avtomobil satılıb.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,61 faiz azalma deməkdir. Bu barədə Avtomobil Distribyutorları və Mobillik Assosiasiyası (ODMD) məlumat yayıb.
Lakin onu da qeyd edək ki, avtomobil və yüngül ticari avtomobil bazarı aprel ayında 10 illik orta satışlara görə 16,2 faiz artıb. Cari ilin ilk 4 ayında ən çox A, B və C seqmentində olan avtomobillər satılıb.
Məlumat üçün əlavə edək ki, Türkiyədə yanvar-aprel aylarında satılan avtomobillərin 65,4 faizini benzinlə, 14,9 faizini hibrid, 11,1 faizini dizel, 7,8 faizini elektrik, 0,8 faizini isə avtoqazla işləyən avtomobillər təşkil edib.
Pərviz