Dünyanın ən prestijli avtomobillərindən olan "Ferrari" sürpriz addım atmağa hazırlaşır.
Hit.az xəbər verir ki, şirkət elektromobil istehsal etməyi hədəfləyir.
"Ferrari" 2025-ci ilə qədər tam elektrikli avtomobil istehsal edəcəyini açıqlayıb. Həmçinin, şirkət avtomobillərinin 60 faizinin elektromobil və hibrid olacağını da qeyd edib.
"Ferrari"nin rəhbəri Benedetto Viqna mətbuata açıqlamasında bildirib ki, şirkət elektromobil istehsalı üçün doğru yolda irəliləyir:
"Hər şey planlaşdırıldığı kimi gedir, hətta bəzi proseslərdə qrafiki qabaqlayırıq. Biz düzgün yolda unikal avtomobili istehsal etmək istiqamətinə doğru irəliləyir. Tezliklə Maranelloda motor və akkumulyator zavodu da hazır olacaq. Ona görə də 2025-ci ilə hazır olun".
Pərviz